"Hizbullah" komandirinin müavini qətlə yetirilib.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, ötən gün Livanın cənubundakı Bint Cbeil bölgəsinə endirilən hava hücumunda "Hizbullah"-ın komandir müavini Nasir Əbdüləziz Rəşid həlak olub.
Onun Livanın cənubundakı müxtəlif şəhərlərdən İsrailə endirilən raket zərbələrindən məsul şəxs olduğu bildirilib.
"AzPolitika.info"


Şərhlər