Menu

Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb

20.10.2024, 09:28
Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb

Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.

“Report” xəbər verir ki, Çin liderinin çıxışı CCTV telekanalının efirində yayımlanıb.

Si Cinpin deyib ki, hərbçilər “müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər”. O həmçinin qeyd edib ki, Çin əsgərləri “öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər”.

ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.

Şərhlər

Bəhram 2024-10-20 13:39:27

İllərlə kiçik *Hərbi ocağı* ədalətə, BMT nizamına gətirə *bilməyən* *sivil-güclü* *Qərb*dən fərqli, ayrılmaz subyektinə təhdidlərə qarşı Böyük Çin şərq təmkini göstərməkdədir! Bu dözüm daha effektiv hədəf üçün strateji seçim şansı da verə bilər ki, təcavüzlərə qarşı elə kəsərli zərbə olsun ki, sonra Beynəlxalq Münasibətlər yalnız hüquqi-diplomat razılıqları ilə həll edilsin!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol