Menu

Müxalif partiyalar Əli Həsənovla görüşəcək

11.12.2014, 12:11
Müxalif partiyalar Əli Həsənovla görüşəcək

Müxalifəti təmsil edən 5 partiyanın rəhbərləri 2 gün sonra, şənbə günü hakimiyyət təmsilçiləri ilə bir araya gələcəklər. İqtidar tərəfdəki heyətə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun rəhbərlik edəcəyi gözlənilir.

Bu barədə daha təfsilatlı məlumatı olan musavat.com onların ictimailəşməməsi xahişinə görə (5-lər tərəfdən) yalnzı xəbəri yaymaqla kifayətlənir. Bizə həmçinin, görüşün keçiriləcəyi məkan da məlumdur.

KXCP, ADP, ALDP və AXP və Ümid Partiyasının rəhbərlərinin, yaxud səlahiyyətli təmsilçilərini iştirakı gözlənilir.

Xatırladaq ki, müxalifət partiyaları bir ay öncə görüş üçün Prezident Administrasiyasının şöbə müdirinə müraciət etmişdilər. Razılığın olması onu göstərir ki, belə bir təmasa hakimiyyətin ən yüksək səviyyədəsindən razılıq var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol