Menu

“İsrail Livanla atəşkəs şərtlərini açıqlayıb” – ABŞ nəşri

21.10.2024, 13:27
“İsrail Livanla atəşkəs şərtlərini açıqlayıb” – ABŞ nəşri

Bir tərəfdən Qəzza sektorunu bombalayan, digər tərəfdən isə İrana cavab hücumuna hazırlaşdığı iddia edilən İsrail Livanda atəşkəs üçün şərtlərini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “ABŞ”-nin “Axios” nəşri məlumat yayıb.

Məlumatda İsrailin atəşkəs şərtlərini ABŞ-yə çatdırdığı bildirilib. Xəbərə görə, İsrail Hizbullahın tərksilah edilməsini, Livanın hava məkanına məhdudiyyətsiz daxil olmağı və faktiki olaraq sahibi olduğu Livan hava məkanı üzərində istədiyi vaxt əməliyyat keçirməyə icazə tələb edib.

Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, , Livan və beynəlxalq ictimaiyyət çətin ki, İsrailin bu atəşkəs təklifini qəbul etsin. Xəbərdə bu təklifin Livanın suverenliyinə əhəmiyyətli dərəcədə xələl gətirəcəyi bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol