Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri isə ayın 20-28-i aralığında nəzərdə tutulub. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.


Şərhlər
COP29 ərəfəsində bir həqiqəti bilirəm ki, 44 günlük qələbədən sonra Əmək və Əhalinin Sosial Müdafiəsinə qarşı Mübarizə Nazirliyi Ali Baş Komandanı nüfuzdan salmaqdan ötrü pensiyaların verilməsi prosesini bilərəkdən əngəlləyir. Pensiya fondu elə formalaşmalıdır ki, pensiyanı gözləyən, heç bir yerdən gəliri olmayan zümrə vaxtında ona çatası paranı ala bilsin. Bir daha təkrarlayıram, bu kampaniya Prezidentə qarşı yönəlib. Prezident çox ağıllı, gözüaçıq adamdır. Bu məmurlardan soruşsun ki, onlar neçə gün ac qala bilərlər? Nazirliyin nazir başda olmaqla əməkdaşları neçə gün maaşsız qala bilərlər? Ac qılınca çapar. Bu zümrəni ölkə rəhbərliyinə qarşı qaldırmaq özü cinayətdir. Bu məmurcuqlar bilməlidir ki, el, yel, sel qarşısında heç bir qüvvə durası deyil.
Oxucu Mübariz qeyd edir ki, bir həftənin bank faizi nə qədər edir? Mübariz bəyə xatırladıram ki, hər ay pensiyalar üçün 365.000.000 manat vəsait köçürülür. Bunu da günə 1 faiz hesablasaq 3.650.000 manat vəsait edir. Bir həftəyə isə bu rəqəm 25.550.000 manat təşkil edəcək. Xaricdə villa almaq üçün dollar lazımdır. Dollara da çevirəndə 15.029.411 ABŞ dolları 76 sent edəcək. Sadə hesablama. ALLAHA and olsun hərdən adam Azərbaycan vətəndaşı olmaqdan utanır.
Sonda Həsən bəy Zərdabinin dəfn mərasimində Əhməd bəy Ağaoğlunun çıxışını xatırlamaq istərdim: “Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz”
Düzələn deyilik.
Bu addım höküməti küçük düşürmək amacından başqa bir şey deyildir. Ltfən kəndinziə gəlin.
Bunlarda Səlim Müslümovun yolu ilə getməyə başladılar ,gedin sonunuz onun kimi olacaq .Bir həftənin bank faizi nə qədər edir və kimlərin cibinə gedir .AzPolitika ,sizdə maliyəçi yəqin ki var ,hesablatsanız şad olarıq