Menu

"Onlar da eyni cavabı alacaqlar" - Pezeşkian

22.10.2024, 14:27
"Onlar da eyni cavabı alacaqlar" - Pezeşkian

“Avropa və ABŞ İsraili var gücü ilə silahlandırır və ona qarşı hər cür cinayəti həyasızcasına müdafiə edir”.

"AzPolitika" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

İsrailin İrana mümkün hücumunu dəyərləndirən Pezeşkian bildirib ki, "Hər hansı bir hücum olarsa, onlar eyni cavabı alacaqlar".

"Təəssüf ki, yaşadığımız cəmiyyətdə insan haqları və beynəlxalq hüquqdan danışan hökumətlər və qüvvələr əslində bu qanun və hüquqlara özləri əməl etmirlər. İnsanları evlərindən didərgin salan, sürgünə göndərən bir dövləti dəstəkləyirlər. Qadın, uşaq və insan haqlarından danışan bu vicdanlı şəxslər haradadır?  Haqq və ədalət axtaranlar heç vaxt susmayacaqlar. Bu müharibə insanların öldürülməsi ilə deyil, ədalət təmin olunduğu və bütün insan hüquqlarına hörmət edildiyi zaman bitəcək",- deyə Pezeşkian qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol