Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyadan ən çox kartof idxal edən ölkə olub.
"Report" Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinə ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, 9 ayda Rusiyadan Azərbaycana 23,7 min ton kartof tədarük edilib.
Ümumilikdə bu dövrdə Rusiya 188,2 min ton kartof ixrac edib.
Bundan başqa, hesabat dövründə Azərbaycan Rusiyadan 22,8 min baş iribuynuzlu mal-qara alaraq bu sahədə ən böyük idxalçı olub.


Şərhlər
İdxal edilən kartofların keyfiyyəti ilə marqllanan niyə yoxdur.Axı onlar içərisində bir dənə də olsa sağlam kartof yoxdur.hər birində xarab olma,qurd yemə,yığım zamanı zədələnmə əlamətləri adi gözlə görünür.Bəs nəzarət orqanı,gömrük hara baxır?İnsanları bu yolla xəstələndirmək cinayət deyil7Kimsə ucuz mal gətirib haram pul qazanacaq,əhali xəstələnəcək?Bəs hökumət hara baxır?