Menu

“Düşünürəm ki, o əsl axmaqdır” – Tramp keçmiş prezidenti təhqir edib

23.10.2024, 16:49
“Düşünürəm ki, o əsl axmaqdır” – Tramp keçmiş prezidenti təhqir edib

“Obama Harris üçün təşviqat kampaniyası aparmağa başlayıb, çünki o, özü bunu edə bilmir”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş ABŞ prezidenti Donald Tramp Şimali Karolina ştatının Qrinsboro şəhərində keçirilən mitinqdəki çıxışında deyib.

Prezident seçkilərindəki əsas rəqibi Kamala Harrisə dəstək mitinqi keçirən keçmiş prezident Barak Obamanı hədəf alan Tramp, onun ünvanına təhqiramiz ifadələr işlədib.

“Mən düşünürəm ki, o (Obama-red.) əsl axmaqdır. Çünki son bir neçə gündə onun seçki kampaniyasını izləmişəm. Onun nə qədər bölücü biri olduğunu gördüm. O, bu ölkəni parçaladı, özünü və kiçik qrupunu belə vecinə almır. Qorxuncdur”, -deyə Tramp bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol