Menu

LUKAŞENKO GETMİR – Prezidentliyə namizədliyini elan etdi

23.10.2024, 17:36
LUKAŞENKO GETMİR – Prezidentliyə namizədliyini elan etdi

Aleksandr Lukaşenko növbəti dəfə Belarus Prezidenti olmağa hazırlaşır.

“AzPolitika” xəbər verir ki, o, 2025-ci ilin yanvarında keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayıb. 

Kremlin təbliğatçısı Olya Skabeyevaya müsahibə verən Lukaşenko onun növbəti prezidentlik müddəti üçün seçkiyə gedib-getməyəcəyi barədə sualına "bəli, Olya, gedəcəm", - deyə cavab verib.

Qeyd edək ki, bu gün Belarus Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkisinin 2025-ci il yanvarın 26-na təyin edildiyi barədə məlumat yayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol