BAKIDA REKTOR PROREKTORU NİYƏ ÖLDÜRTDÜ? - Polkovnikin 12 il sonrakı etirafı + FOTOLAR

011-ci il sentyabr ayının 16-da 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun meyiti, Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib. Cəsədi çevirdikdə göz qapaqlarının şişməsi, üzündə qan ləkələrinin, başında çox qəlpəli sınığların olması müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

O zaman KİV-də mərhumun turnikdən yıxılması və ya ürək tutmasından dünyasını dəyişməsi versiyaları irəli sürülüb. Bakı Baş Polis və Yasamal rayon polis idarələrinin rəhbərliyi hadisə yerində olub. 28-ci bölmədən əldə olunan məlumata görə, Əhmədovun baş nahiyəsində xəsarət izləri aşkar edilib. Hadisədən sonra “Təfəkkür” Universitetinin prorektoru Rahim Hüseynov mətbuata açıqlama verib ki, ali məktəbin xüsusi bir versiyası yoxdur. Tariyel Əhmədovun yaşlı insan olduğunu və heç kimlə düşmənçiliyi olmadığını deyib.

2023-cü ilin aprel ayında Daxili İşlər Nazirliyi 12 il əvvəl ağır cinayət törədən şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıb. Məlum olub ki, bu 1977-ci ildə İmişli rayonunda anadan olan Dəyanət Quliyevdir.

6 aydan sonra, noyabr ayında Baş Prokurorluq məlumat yayıb ki, DİN və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə keçirilən çoxsaylı istintaq və əməliyyat tədbirləri nəticəsində cinayətin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Belə ki, fəaliyyəti dayandırılmış “Təfəkkür” Universitetinin sabiq rektoru Müşviq Atakişiyev qisas məqsədi ilə Tariyel Əhmədovun qətlini qohumu Dəyanət Quliyevə sifariş verib, o isə cinayəti tanışı Samir Quliyevlə birgə törədib. 

Məlum olub ki, İmişi rayon sakini, 1984-cü il təvəllüdlü Samir Quliyevin barəsində aprel ayında İmişli rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsiin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Noyabrın 3-də o, sözügedən iş üzrə CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Noyabrın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə qətlin sifarişçisi, 1966-cı ildə İmişli rayonunda anadan olan Müşviq Atakişiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və eyni zaman İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifələrindən kənarlaşdırılıb.

İbtidai istintaq zamanı, Müşviq Atakişiyevin və Dəyanət Quliyevin istifadəsində olmuş mobil telefonlara baxış zamanı, Quliyevin aprelin 24-də "Whatsapp" proqramı vasitəsilə Atakişiyevlə 21 dəqiqə danışdıqdan sonra, saat 17:18-də 102 xidmətinə zəng edib, adam öldürməsini bildirməsi müəyyən edilib. Bundan başqa, Dəyanət Quliyevin “Pin-up” mərc oyunlarını dəstəkləyən mobil proqram vasitəsilə uzun müddətdir qumar oynaması, tutulduğu gündən əvvəl – yəni aprelin 23-də oyun nəticəsində 2410 manat uduzması məlum olub.

"AzPolitika" xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. Həmin materialı təqdim edirik:

İstintaqla müəyyən edilib ki, Müşviq Atakişiyev “ Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan Tariyel Əhmədov onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yayıb. Atakişiyev düşünüb ki, bu gedişlə o, nüfuzdan düşəcək və Əhmədov təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olacaq. 

Bu səbəbdən Müşviq Atakişiyev Tariyel Əhmədovu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib. O, qisas motivi ilə Tariyel Əhmədovun öldürülməsini sifariş vermək qərarına gəlib. Bu məqsədlə 2011-ci ilin avqust və sentyabr aylarında bacısı oğlu Dəyanət Quliyevə, “Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, DİN Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə söz verib. Əvəzində Tariyel Əhmədovu hər hansı üsulla öldürməsini təklif edib. Dəyanət Quliyev dayısı Müşviq Atakişiyevin sifarişini qəbul edib, amma Tariyel Əhmədovla aralarında şəxsi tanışlıq münasibətləri olduğundan, cinayəti icra etməsini tanışı və həmyerlisi Samir Quliyevə təklif edib. Onunla Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşərkən, qətlin qarşılığında ona həmin dövrün məzənnəsi ilə 40.000 dollar verəcəyini bildirib. Samir sentyabrın 16-ı səhər saat 4 radələrində taksi ilə Yasamal rayonu, Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək, ordan Tariyel Əhmədovun hər səhər idman etdiyi Şərifzadə küçəsi, 8 saylı ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada hərəkət edib. Meydançanın girişindəki qarajların yaxınlığında gizlənərək həmin şəxsin ora gəlməsini gözləyib. Təxminən saat 05:30-da qaçışa başlayan Tariyel Əhmədova arxadan hücum edib, dəmir boru ilə baş nahiyəsinə və kürəyinə çoxsaylı ardıcıl zərbələr endirib. Bu hərəkəri ilə, Samir Quliyev Tariyel Əhmədovu öldürüb.

İş üzrə dindirilmiş Samir Quliyev bildirib ki, 2011-ci ildə Tariyel Əhmədovu o öldürüb. Belə ki, uşaqlıq dostu Dəyanət Quliyevlə hadisədən 10-15 gün əvvəl restoranda görüşüb: “Dəyanət Tariyel adlı şəxslə aralarında narazılıq və onu öldürmək lazım olduğunu bildirərək, müqabilində 40.000 dollar verəcəyini təklif edib. Ona “dostuq, əgər sənə problem yaradırsa öldürərəm” söyləyərək, razılaşdım. Növbəti gün saat 5 radələrində Dəyanət məni “Titanik” otelindən götürüb Yasamal ərazisində yerləşən idman meydançasına apardı və Tariyel Əhmədovu mənə göstərdi. O, avtomobilindəki paslı dəmir borunu gətirib mənə verərək Tariyelin şəkər xəstəsi olmasını və bir zərbə vursam, onun öləcəyini dedi. Bundan sonra, təxminən bir həftə ardıcıl, sübh tezdən tək idman meydançasına gedib Tariyel Əhmədovu izləməyə başladım. Sentyabrın 16-ı səhər saat 5 radələrində qarajlar tərəfdə dayanarkən, həmin şəxsin meydançaya gəlib, gəzişməyə başladığını gördüm və yaxşı fürsət yarandığını qətiləşdirdim. Yanından keçib, arxası mənə tərəf olanda yaxınlaşıb boru ilə Tariyelin baş nahiyyəsinə, yerə yıxıldıqdan sonra da bir dəfə belinə zərbə endirdim. Tariyelin hərəkətsiz vəziyyəydə qaldığını görüb öldüyünü düşündüm. Həmin vaxt ətrafda heç kim yox idi. Cəld gəldiyim istiqamətdə, qarajlar tərəfə qaçanda, cinayətin alətini tulladım. Piyada Musabəyov parkına, ordan taksi ilə “20 Yanvar” metrosunun yanına getdim. Dəyanətə zəng edib, “tapşırdığını elədim, gedirəm rayona” dedim. İmişli rayonuna çatandan sonra, telefonu və nömrəni sındırıb kanala atdım. Bir neçə gündən sonra Dəyanətlə görüşmək üçün Bakıya gəldim. Nizami küçəsində görüşərkən, dostum mənə 5000 manat verdi. Sonra ayrı-ayrı tarixlərdə o, hissə-hissə mənə təxminən 38.000 manat verdi.

Samir Quliyev

Öldürdüyüm şəxsin kim olduğunu bilmirdim. Hadisənin səhərisi günü, televiziyalarda xəbərlərdə yayılan məlumatlarda Tariyel Əhmədovun “Təfəkkür” universitetinin prorektoru işlədiyini bildim.
2013-cü ildə birdən-birə Dəyanətin maddi imkanının artdığını, “BMW X5” və digər avtomobillər aldığını, habelə qumarda 177.000 manat uduzduğunu öyrəndim. Həmin ərəfələrdə Bakıda, xatırlamadığım kafedə oturanda, Dəyanət öldürdüyüm qoca kişinin dayısı Müşviqin müavini işlədiyini, Tariyelin Müşviqin barəsində mətbuatda pis məlumatlar paylaşdığını və məqsədinin onun yerinə keçmək olduğunu bildirdi. “Dayımın əlinə - ayağına dolaşırdı, ona görə də öldürtdürdü” dedi. Dəyanət mənə hər şeyin yaxşı olacağını söyləyərək, səbirli olmağımı və heç kimə keç nə danışmamağımı tapşırdı. Şəxsən Müşviq Atakişiyevlə heç vaxt görüşməmişəm. 12 il ərzində Bakıda iki dəfə saxlanıldım. Təxminən 2015-ci ildə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən qumar oyununa görə və Nərimanov rayon Polis İdarəsinin 16-cı PŞ əməkdaşları tərəfindən marixuana istifadəsinə görə tutulmuşam. Birinci halda öz hesabıma buraxılsam da, ikinci dəfə Dəyanətin vasitəsi ilə şöbədən buraxıldım. 2023-cü ilin aprel ayında dostum polisə təslim olandan sonra, mənim də yaxınlarda tutulacağımdan çox narahat olmağa başladım və buna görə hər şeyi anama danışdım”.

Dəyanət Quliyev bildirib ki, 1994-98-ci illərdə “Təfəkkür” Universitetində təhsil alıb. Dayısı Müşviq Atakişiyev həmin dövrdə orda maliyyə şöbəsinin müdiri işləyib: “Ümumiyyətlə atam tez vəfat etdiyindən dayım daim bizim ailəyə maddi və mənəvi dəstək göstərib. Sonralar Müşviq Atakişiyev universitetin prorektoru və rektoru vəzifələrində işlədi. 2015-ci ildə sosial şəbəkələrdə barəsində çoxlu sayda, guya rüşvət faktlarına yol verməsi barədə məlumatlar yayıldığı üçün öz ərizəsi ilə işdən çıxdı. 2011-ci ilin avqust ayında dayımın Teymur Əliyev küçəsində yerləşən evində olarkən, Müşviq mənə prorektor Tariyel Əhmədovun dinc dayanmadığını və haqqında mətbuatda onu nüfuzdan salan məlumatlar dərc etdirdiyini, buna son qoymaq məqsədi ilə həmin şəxsin səsini kəsmək lazım olduğunu bildirdi. Mənə, “Tariyeli elə vur ki, xəstəxanalıq olsun, qalanı mənlikdi” dedi. Əvvəllər Müşviqin Tariyellə münasibəti yaxşı olsa da, sonradan aralarında narazılıq yarandı. Söhbətdən 15-20 gün keçəndən sonra rastlaşanda dayım mənə “bir dənə iş tapşırdım sənə, bacarmadın” dedi. Müşviqə cinayəti törətməyi kənar şəxsə tapşırdığımı söyləmədim. Samir Quliyev razılaşandan sonra, sentyabr ayında yaşadığı binanın yanında, meydançada idman edən Tariyel Əhmədovu ona göstərdim və maşının yük yerində saxladığım dəmir borunu Samirə verdim. Ayın 16-da Samir Tariyeli öldürdü. Samirə müxtəlif vaxtlarda və yerlərdə hissə-hissə 30 – 35.000 manat verdim. Hər dəfə Samirin mənə zəng edib, pul istəməsindən arvadım Elnarə şübhələnmişdi. Səbəbini soruşanda yoldaşıma, dayımın mənə Tariyel Əhmədovu öldürməyi tapşırdığını, mən də cinayəti tanışım Samirdən törətməsini xahiş etdiyimi dedim.

Dəyanət Quliyev

4-5 ildən sonra Müşviq məni evinə çağırıb bu haqda soruşanda mən, “özüm edə bilmədim, amma narahat olma etibarlı uşaqdı, Dağıstanda yaşayır” dedim. Dayım isə bu işə başqa adamı qatdığıma görə məni danladı. Samirin gələcəkdə bizi şantaj edə biləcəyini bildirərək, həmin vaxtdan etibarən narahat yaşamağa başladı. Samir tez-tez müxtəlif polis şöbələri tərəfindən narkotik istifadəsinə görə saxlanılırdı. Təxminən 2017-ci ildə maddi imkanım yaxşı vəziyyətdə olmadığı vaxt Samir Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə ilə saxlanıldı. Bölmədən mənə tutulması haqda xəbər göndərdi. Məcbur qalıb, bölməyə yollandım və xatırlamadığım şəxslərlə görüşüb, Samiri sərbəst buraxdırdım. Narkotik vasitələr istifadə etməkdə davam edən Samir, növbəti dəfə, 2023-cü il aprelin 23-də İmişli rayonunda tutuldu. Ayın 24-də axşam mən sərxoş halda dayıma zəng edərək, Zirəddin adlı tanışıma qumarda 2000 manat uduzduğunu və mənə pul lazım olduğunu deyib. Müşviq pul verməkdən imtina edərək, məni acıladı. “Bezdiyimi və polisə gedəcəyimi” söyləyəndə, dayım “artıq onu şantaj etdiyimi” bildirdi”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Zaur Əhmədov ifadəsində göstərib ki, atası Tariyel Əhmədovun sözlərinə görə, Müşviq Atakişiyevin maliyyə məsələləri ilə bağlı fırıldaq hərəkətləri səbəbilə onların münasibəti pozulub: “2011-ci il sentyabrın 16-ı səhər saat 9 radələrində bacım Sevinc mənə zəng edib, ağlaya-ağlaya atamın idman meydançasında yıxılıb, öldüyünü dedi. Hadisədən sonra evdə, selofan torbanın içərisində mərhum atamın Atakişiyevin barəsində dövlət orqanlarına ünvanlanmış şikayət ərizələrini tapdım. Dəyanət və Samirin adlarını ilk dəfə istintaq zamanı eşitmişəm. Müşviq Atakişiyev atamın onun barəsində ifşaedici məlumatlar yaydığını bilirdi. Müşviq Tariyel Əhmədovun ətrafının geniş, yüksək vəzifəli dost - tanışının olmasından ehtiyat edib, üzünə gülsə də həmişə atamı özünə rəqib sayırdı. Atam həmişə “gec-tez rektor olmaq mənə nəsib olacaq, o kreslonu mənim haqqımı yeyənlərə vermərəm” deyirdi. Hesab edirəm ki, Atakişiyev rektor vəzifəsini itirəcəyindən qorxub və çıxış yolunu Taiyel Əhmədovu öldürməkdə görüb”.

Şahid Babək Aslanov ifadəsində göstərib ki, 1991 -ci ildə Tariyel Əhmədovun qızı Sevinc Aslanova ilə ailə həyatı qurub: “2011-ci il sentyabrın 16-da Tariyel müəllimin sürücüsü bizə gələrək, qayınatamın idman meydançasında yıxılıb öldüyünü, polis əməkdaşlarının və çoxlu sayda insanların toplaşdığını dedi. Tələsik paltarlarımı geyinib, aşağı düşdüm. Meydançada, hasarın yanında idman geyimində olan Tariyel müəllimin meyitinin yerdə uzandığını gördüm. Əvvəl qohumumun turnikdən yıxılaraq, öldüyünü zənn etsəm də, sonradan onun naməlum şəxslər tərəfindən öldürüldüyünü öyrəndim. Yas yerinə gələn Universitetin rektoru Müşviq müəllimlə mübahisəmiz yarandı”.

Şahid Elnarə Quliyeva ifadəsində göstərib ki, aprelin 24-də həyat yoldaşı Dəyanət Quliyev dayısı Müşviqlə telefonla danışanda deyib ki, kiməsə pul borcu var: “Daha sonra ərim bu əzabla yaşaya bilmədiyini, polisə zəng edib, hadisə barədə məlumat verəcəyini bildirdi. Dəyanətə içkili olduğunu, yatıb durandan sonra ayıq başla danışmasını dedim. Yoldaşım isə razılaşmayaraq, polisə zəng etdi və Tariyel Əhmədovu öldürməsi haqda məlumat verdi”.

Şahid Rəfail Şirinov ifadəsində göstərib ki, 2011-ci il sentyabrın 16-ı səhər saat 06:50-də yaşadığı evin yaxınlığındakı idman meydançasına gəlib: “İdman edərkən, dəmir konteynerin yanında qaraltı görüb yaxınlaşdım. Baxanda, bir kişinin yerdə, üzü üstə uzanmış, hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Səsləsəm də, həmin şəxs cavab vermədi. Saat 6:57-də 102 xidmətinə zəng edərək, məlumat verdim. 10-15 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəldilər”.

İş materiallarına əsasən, 2012-ci il aprelin 25-də 13 saylı dövlət notariat kontorunda 78.650 manat (100.000 ABŞ dolları) məbləğində pulun ödənilməsi şərtilə Zemfira Cəbrayılova, qızı Sevinc Aslanova və oğlu Zaur Əhmədov Tariyel Əhmədovun təsisçi payından universitetin rektoru Müşviq Atakişiyevin xeyrinə imtina ediblər.

Dəyanət Quliyev və Müşviq Atakişiyev

Məhkəmədə və istintaqda verdiyi ifadələr arasında ziddiyət yarandığınıdan, Müşviq Atakişiyevin prokurorluqda verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən o, 1993-cü ildən Dövlət Neft Akademiyasında müəllim işləyə-işləyə, eyni zamanda 2002-ci ilə kimi “Təfəkkür” Universitetinin Maliyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. 1994-cü ildə Universitetin rektoru Şaiq Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə Mail Dəmirli təyin olunub. 2002-ci ildə Ali Məhkəmənin qətnaməsi ilə Şaiq müəllim rektor vəzifəsinə bərpa olunaraq, bütün təsisçilik hüququ ona verilib. Bundan sonra Şaiq Abdullayev ümumi iclas keçirərək, təsisçilik hüququnu özü də daxil olmaqla 4 nəfər arasında bölmək qərarına gəldiyini bildirib. Təsisçilik hüququ Şaiq müəllim daxil olmaqla ona, Universitetin Elmi işlər üzrə prorektoru Taryel Əhmədova və Tədris işləri üzrə prorektoru Rahim Hüseynova həvalə edilib. Şaiq Abdullayevin müvafiq əmri ilə Müşviq Atakişiyev Universitetin rektoru vəzifəsinə təyin olunub. 2003-cü ildə Şaiq müəllim dünyasını dəyişib. Bacısı Fəriqanın xahişi ilə oğlu Dəyanəti 94-cü ildə universitetə qəbul etdirib. O, rektor seçiləndən sonra Taryel Əhmədovla aralarında sanki soyuqluq yaranıb. Arxasınca müxtəlif sözlər danışdığını bilsə də, bir ağsaqqal kimi onun hörmətini saxlamaqda davam edib. Səhv etmirsə, 2011-ci ilin avqust ayında eşidib ki, Tariyel rektor olmaqdan ötrü fəaliyyətə keçib. Buna görə də Müşviq Atakişiyev Əhmədovu bir müddətlik işindən uzaqlaşdırmaq qərarına gəlib. Uşaqlıqdan gözünün qabağında böyüyən Dəyanətə, Tariyelin onun yerinə göz dikdiyini, rektor olmağa hazırlaşdığını, buna görə də bunun qarşısını almaq lazım olduğunu bildirib. Dəyanətə, “Elə eləmək lazımdır ki, Tariyel 1-2 ay Universitet tərəfə gəlməsin, xəstəxanalıq olsun” deyib. Əhmədovu Universitetin qarşısında avtomobillə vurmağı və ya yolda başına daş parçası ilə xəsarət yetirməyi tapşırıb. O, başa düşürdü ki, hətta Tariyel öz evində xəstəlikdən ölsə belə, hamı ondan şübhələnəcək. Dəyanət münasib bir yol tapıb, cinayəti edəcəyinə söz verib. Ancaq Müşviq Dəyanətin cinayəti Samirə sifariş verdiyini bilməyib. Bacısıoğlu ilə razılaşıb ki, cinayəti törədəndən bir müddət sonra onun ətrafında görünməsin və telefonla əlaqə saxlamasın. Xəbərlərdə Tariyelin öldürüldüyünü eşidəndə bir anlıq Dəyanətin onun “başına iş açdığını” düşünüb həm əsəbiləşib, həm də qorxub. Həqiqətən də bu illər ərzində, rəsmi olmasa da hamı onu Taryelin ölümündə ittiham edib. Bacısıoğlunu bir neçə ay danışdırmayıb, hadisədən bir müddət sonra görüşəndə, Dəyanəti sərt şəkildə danlayıb. Cinayətə Samir adlı 3-cü şəxsin cəlb olunduğunu öyrənib.

Son sözündə Samir Quliyev özünü yalnız Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli hesab etdiyini bildirib. Dəyanət Quliyev və Müşviq Atakişiyev özlərini təqsirli bilməyiblər. Atakişiyev özünü Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Müşviq Atakişiyev və Dəyanət Quliyevin əməlləri Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə əməlini təşkil etmə) maddələri ilə, Samir Quliyevin əməli Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev hər biri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.