Menu

Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib

24.10.2024, 14:23
Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib

Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində məlumat verib.

“TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu məlum olub”, - o qeyd edib.

Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol