Menu

İsrail ordusu daha bir HƏMAS komandirini zərərsizləşdirib

25.10.2024, 00:00
İsrail ordusu daha bir HƏMAS komandirini zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Nuxba Qüvvələrinin komandirini dünən Qəzza zolağına endirdiyi hava hücumunda zərərsizləşdirib.

APA xəbər verir ki, HƏMAS-ın Bureyc batalyonunda Nuxba komandiri kimi xidmət etmiş Məhəmməd Əbu Attavi 2022-ci ilin iyul ayından BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyində (UNRWA) işləyib.

Əbu Attavinin ötən ilin oktyabr ayının 7-də İsraildə mülki şəxslərin qətlində və oğurlanmasında iştirak etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol