Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Monqolustanı Vladimir Putini ölkəyə səfəri zamanı həbs etməkdən imtina etdiyinə görə Roma Statutunu pozmaqda təqsirli bilib.
“AzPolitika” xəbər verir ki, bu barədə bu barədə İCC-nin mətbuat xidməti məlumat yayıb.
"Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Məhkəmə Palatası müəyyən edib ki, Monqolustan cənab Putini öz ərazisində olarkən həbs edib Məhkəməyə təhvil verməməklə, Məhkəmənin bu istiqamətdə əməkdaşlıq etmək tələbini yerinə yetirməyib. Roma Statutunun müddəalarına uyğun olaraq, bununla da Məhkəmənin öz funksiyalarını və səlahiyyətlərini yerinə yetirməsinə mane olur” – deyə, məlumatda bildirilir.
ICC qeyd edir ki, hər kəsin diplomatik toxunulmazlığı, o cümlədən prezident toxunulmazlığı beynəlxalq məhkəmə qərarının icrasına maneə deyil.
"Monqolustanın məhkəmə ilə əməkdaşlıqdan imtinasının ciddiliyini nəzərə alaraq Palata məsələnin İştirakçı Dövlətlərin Assambleyasına göndərilməsini zəruri hesab edib", - məhkəmədən bildiriblər.
“The Washington Post” qəzetinin yazdığına görə, Monqolustanın sonda hansı cəzaya məruz qalacağı hələ bəlli deyil.
Monqolustana səfər Putinin həbsinə order verildiyi 2023-cü ilin martından bəri Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmiş ölkəyə ilk səfəri olub.
Rusiya Prezidenti ukraynalı uşaqları Kiyevin nəzarətində olmayan ərazilərə qanunsuz daşımaqda ittiham olunur.
Ukrayna Xarici İşlər Nazirliyi Monqolustan hakimiyyətini Putini ölkəyə səfəri zamanı həbs etməyə çağırıb.
Monqolustan hökumətinin nümayəndəsi hakimiyyətin Putini həbs etməmək qərarını ölkənin qonşu ölkələrdən enerji asılılığı vəziyyətində olması və eyni zamanda neytrallıq siyasətinə riayət etməsi ilə izah edib.
“AzPolitika.info”


Şərhlər