Menu

İsrail Livan ərazisini bombalayıb - “Hizbullah”a bağlı TV-lərin əməkdaşları ölüb

25.10.2024, 11:38
İsrail Livan ərazisini bombalayıb - “Hizbullah”a bağlı TV-lərin əməkdaşları ölüb

İsrail Müdafiə Ordusunun Livanın cənubunu bombalaması nəticəsində “Hizbullah”a bağlı “Al-Manar”, “Al-Maidin” televiziya kanallarının əməkdaşları ölüb, başqa ölkələrin KİV-inin jurnalistləri yaralanıb.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, hadisə nəticəsində “Al-Manar” TV-nin operatoru Uisam Kasem, “Al-Maidin” telekanalının operatoru Həsən Nacar və xüsusi texniki mütəxəssisi Məhəmməd Reda ölüb.

Məlumata görə, aviazərbələr İsrail-Livan sərhədinin 8 km dərinliyində reallaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol