Menu

MİT-in PKK-ya qarşı əməliyyatı davam edir – 120 hədəf məhv edilib + VİDEO

25.10.2024, 16:48
MİT-in PKK-ya qarşı əməliyyatı davam edir – 120 hədəf məhv edilib + VİDEO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Ankarada Türkiyə Aerokosmik Sənayesi obyektində törədilən terror hadisəsindən sonra PKK-nın Suriya və İraqın şimalında yerləşən hədəflərini məhv etməyə davam edir.

“AzPolitika” xəbər verir ki, ötən gündən başlayaraq terror təşkilatına aid olan hərbi, kəşfiyyat, enerji və infrastruktur obyektlər bir-bir bombalanır.

MİT tərəfindən paylaşılan son məlumata görə, indiyədək ümumilikdə 120 hədəf vurulub.

Qeyd olunub ki, PKK-ya qarşı aparılan əməliyyatlar təyin olunan hədəfə çatana qədər fasiləsiz şəkildə davam etdiriləcək.

“AzPolitika.info”


Şərhlər

Cəmşid Dərələyəzli 2024-10-25 20:43:06

Qardaş ölkədə baş verən bu terakt, Azərbaycan insanlarını da çox üzdü və əndişələndirdi. Bir daha qardaş Türkiyəmizə başın sağ olsun deyir və öldürülənlərə də allahdan rahmet dileyirik. O ki qaldl, PKK-nın Ankarada Türk Aerokosmik Sənaye (TUSAŞ) mərkəzində törətmiş olduğu terror aktına, təbii ki bu türk duşmanlarının ortaq procesidir. Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti sayın Abdullah Ağarın şəhrindən də bu aydın olur. Amma burada bir nüans var, qardaş ölkəyə bu kadar iç və dış basqılar fonunda TUSAŞ-n təhlükəsizliyinin tam təmin olunmaması təccüb doğurdu. Xüsusən də mərkəzdə çalışan kilid bilim adamlarının təhlükəsizliyini. Hansı ki, O bilim adamlarının Qərb və ABD kəyşfiyyatının hədəfi olduğu haqqında, hələ on il öncədən yayımlanan məhşur Kurdlar Vadisi serialında da bahs edilmişdir. Umarıq belə bir həssas məsələdə yaranan boşluqlar və günahkarlar Türkiyə devləti tərəfindən ələ alınar və günahkarlar öz layiqli cəzalarını almış olarlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol