Gecə saatlarında İsrailin İrana hava zərbələrindən sonra bu gün ABŞ-nin adı açıqlanmayan yüksək rütbəli rəsmisi qisas almamaqla bağlı İrana çağırış edib.
"AzPolitika" xəbər verir ki, ABŞ rəsmisi "BBC"-yə müsahibəsində bildirib ki, əgər İran yenidən qisas almaq qərarına gəlsə, biz buna hazır olacağıq və İran bunun nəticələri ilə üzləşəcək.
Hökumət rəsmisi əlavə edib ki, ABŞ bunun baş verməsini istəmir. Onun sözlərinə görə, İsrail və İran arasında atışmalara son qoyulmalıdır.
“Vaşinqton Livandakı münaqişələri yatırmaq üçün səy göstərməyə, Livan və Qəzzada atəşkəsə nail olmağa çalışmağa hazırdır. Girovlar İsrailə geri qaytarılmalıdır”, - deyə, ABŞ rəsmisi vurğulayıb.
"AzPolitika.info"


Şərhlər