Menu

Ukrayna Kurskda “ölüm yolu” yaradıb - Rusiyanın bu istiqamətdə itkiləri artıb

26.10.2024, 11:30
Ukrayna Kurskda “ölüm yolu” yaradıb - Rusiyanın bu istiqamətdə itkiləri artıb

Ukrayna hərbi qüvvələri Kursk vilayətindəki Zeleni Şlyax yaxınlığında Rusiyanın 155-ci dəniz piyada briqadası üçün “ölüm yolu” yaradıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Forbes” nəşrinin tanınmış analitiki Devid Eks məlumat paylaşıb.

Eks qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri doqquz ukraynalı PUA operatorunun qətlinə görə qisas əməliyyatı keçiriblər: “Ukrayna birləşmələrindən ibarət kvartet – 36-cı Dəniz Briqadası, 47-ci Mexanikləşdirilmiş Briqada, 82-ci və 95-ci Hava Desant Hücum Briqadaları Rusiyanın Kursk vilayətində avtomobil yolunun qısa bir hissəsini “ölüm yoluna” çevirib. Belə ki, 95-ci Hava Hücum Briqadasının desantları üç zirehli transportyoru məhv edib, 30 Rusiya əsgərini öldürüblər. Ötən həftə 47-ci Mexanikləşdirilmiş Briqada M-1 tankları və M-2 döyüş maşınları ilə Zeleni Şlyax yaxınlığındakı Novoivanovkada rus dəniz piyadalarına hücum edib. Bu arada Ukrayna qüvvələri T-64 tankları və M-113 zirehli transportyorlarından ibarət kolon ilə cənubdan Zeleni Şlyaxa daxil olub və hərəkətdə olan Rusiya maşınlarını partladıb. Həmçinin, qərbdən hücuma keçərək 155-ci briqadanın 7 istehkamçısını öldürüb. Son iki həftənin nəticəsi Zeleni Şlyaxdan keçən əsas yolda on milyonlarla dollar dəyərində dağıdılmış Rusiya texnikası qəbiristanlığı oldu... Burada ən azı 17 məhv edilmiş Rusiya zirehli maşını, zirehli transportyoru və tankı var”.

Eyni zamanda, Eksin yazdığına görə, ukraynalıların son əks-hücumlarında bir dənə də olsun zirehli texnika itirmədiyi görünür. O qeyd edir ki, Kurskdakı rus qoşunları tezliklə əlavə qüvvələr alacaq və bu sırada Şimali Koreya əsgərləri də var.

Qeyd edək ki, Vladimir Putin BRİCS sammitində Kursk vilayətində Ukrayna qoşunlarının mühasirəyə alındığını söyləsə də, müşahidəçilər və müstəqil mənbələr bu iddianı rədd edirlər.

ABŞ Müharibə Araşdırmalarlı İnstitutu isə son hesabatında qeyd edib ki, Putin bu cür çıxışlarla hələ də Ukrayna qoşunlarını Kurskdan çıxara bilməməsini ört-basdır etməyə çalışır.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol