Menu

Çinli hakerlər Tramp və Vensin telefonlarına daxil olmağa çalışıb - FTB araşdırmalara başlayıb

26.10.2024, 19:03
Çinli hakerlər Tramp və Vensin telefonlarına daxil olmağa çalışıb - FTB araşdırmalara başlayıb

ABŞ-də FTB çinli hakerlərin Amerika telekommunikasiyalarına giriş əldə etməsi ilə bağlı araşdırma apardığını açıqlayıb. Araşdırmada Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizlik Agentliyi də iştirak edir

“Associated Press”in məlumatına görə, söhbət hakerlərin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və vitse-prezidentliyə namizəd C.D.Vensin telefonlarına daxil olmaq cəhdindən gedir.

Qeyd olunur ki, çinli hakerlər demokrat Kamala Harrisin prezident seçkiləri kampaniyası ilə əlaqəli şəxslərin telefonlarına da giriş əldə etməyi planlaşdırıblar.

“The New York Times” qəzetinin yazdığına görə, əməliyyatda demokrat senator Çak Şumerə məxsus cihazlar da hədəfə alınıb.

Müstəntiqlər çinli hakerlər tərəfindən haker hücumu nəticəsində hansı məlumatların oğurlana biləcəyini anlamağa çalışırlar. “The New York Times” qeyd edir ki, böyük ehtimalla hakerlər Amerikanın “Verizon” telekommunikasiya şirkətinin sistemlərini sındırmağa cəhd ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol