Hakim “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası 99,26 % (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərinin hesablanması nəticəsində 54,23 % səslə parlament seçkilərində qalib gəlir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilmiş ilkin məlumatlarda xəbər verilir ki, “Gürcüstan Arzusu” 54,234 %, “Dəyişiklik üçün Koalisiya” 10,822 %, “Birlik – Milli Hərəkat” partiyası 10,105 %, “Güclü Gürcüstan” 8,758 %, “Gürcüstan üçün Qaxariya” partiyası 7,753 % səs toplayıb.
MSK-nın məlumatına görə, digər partiyalar 5 %-lik baryeri keçə bilməyib.
Gürcüstanda parlament seçkilərində 18 seçki subyekti iştirak edib. Seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib.
***
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib.
"Report"un yerli bürosu xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib.
Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib.
Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:
”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %.
Qalan partiyalar 5 %-lik baryeri keçə bilməyiblər.
Parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.
Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.
***

“Exit-poll”-ların nəticələri fərqlidir, söz MSK-dadır
Gürcüstanda keçirilən parlament seçkisində səsvermə başa çatıb. “AzPolitika” gürcü mətbuatına istinadla xəbər verir ki, tanınmış “Edison Research” sorğu şirkətinin “exit-poll”unun nəticələrinə görə, seçicilərin 40%-i hakim “Gürcü arzusu” partiyasına səs verib.
“Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” – 16,7%; “Birlik” (“Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 16,7%; “Güclü Gürcüstan” (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 10,3%; “Qaxariya – Gürcüstan üçün” – 8,2%; “Qirçi” (İaqo Xviçia) – 2,3%; “Vətənpərvərlər Alyansı”/“Alt-info” – 2% səs toplayıb.
Lakin “İmedi TV”-nin keçirdiyi “exit-poll”-dan fərqli nəticə çıxıb. Həmin nəticələrdən belə çıxır ki, Gürcüstanın hakim partiyası parlament seçkilərində 56,1% səslə qalib gəlib. Dörd müxalifət partiyası 5%-lik baryeri keçərək parlamentə düşüb.
“Formula TV”-nin sorğusu isə göstərir ki, “Gürcü Arzusu” parlament seçkilərində 40,9% səslə qalib gəlir, lakin ümumilikdə müxalifət daha çox səs toplayır.
Hakim "Gürcü Arzusu" partiyası "exit-poll"un elanından sonra öz qələbəsini qeyd edir. Partiya ofisində atəşfəşanlıq keçirilir.
“Dəyişiklik naminə” müxalifət partiyası koalisiyasının liderlərindən biri Nika Melia brifinqdə deyib ki, “Gürcü Arzusu”na qarşı çıxan dörd müxalifət partiyasının hamısı 5%-lik baryeri keçib və parlament çoxluğunu qazanıblar. Onun sözlərinə görə, “Gürcü Arzusu” 40%-dən az səs toplayıb.
Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-da seçici fəallığı 50,6% təşkil edib. Məntəqələr bağlandıqdan sonra məntəqə seçki komissiyalarının rəhbərləri yekun protokolları Mərkəzi Seçki Komissiyasına göndərəcək, bundan sonra seçki komissiyası ilkin məlumatları elan edəcək.
Hər iki tərəfin öz qələbəsini elan etməsi vəziyyəti daha da gərginləşdirib. Hökumət xüsusi təyinatlı qüvvələri paytaxtın mərkəzindəki binaların ətrafına yerləşdirib.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Tarixi bilənlər yaxşı bilirlər ki, tarixdə düşməninin gücünü küçümsəməyənlər sağ və salamat qalıblar Rusiya Ukrayna müharibəsi başlayandan, yəni 3 ilə yaxındır bir çoxları RUsiya dağıldı, Rusiya çökəcək deyrdilər və hayla da deyirlər. Rusiya isə bu qədər vaxtda ABŞ başda olmaqla ən güclü 39 Qərb ölkəsinin qarşısında tək başına dirəniş göstərir. Unutmamalıyıq ki, kimin dağılmağını, kimin çökməsini zaman həll edir. Necə ki SSRİ- ni dağılmasını həll etdi. Bəzi yoldaşlar sanmasınlar ki, bu fikirlər Rusiyanı savunmaq üçündür, sadəcə real sandığım fikirləri söyləyirəm. Saakaşvili dönəmində Rusiya Gürcüstana hücüm edəndə iki muxtar vilayətini ondan qoparanda və Tiblisə kimi gəlib çıxanda Qərbin önəmli isimlərindən biri Gürcüstanın başda duranlarının birinə deyib, dörd milyon əhaliniz var. Rusiya ilə dörd gün döyüşə bilərsiniz, sonra çəkilin meşələerə partizan müharibəsi aparın". Budur Qərbin yanaşması. Onların bizim kimi ölkələrdə hədəfləri, çıxarlarıdır, nə gürcülərdir, nə azərbaycanlılardır, nə də ukraynalılardı. Aynən Oerta Doğu ölkələrində yapdıqları kimi. Sanıram indiki geosiyasi vəziyyət də, gürcü xalqı seçimini düzgün etdi
Hörmətli C.Məmmədov ,deyirlər bizdədə o şeydən olub ,ancaq səssiz-səmirsiz ,indidə hamısı oturub MM -də mürgüləyir ,doğrusu biznən heç maraqlanan da olmadı ,dünyada bilirdiki bu tamaşadır