Menu

Rusiya Donetsk vilayətində irəliləyir - Daha iki vacib məntəqə işğal edildi

28.10.2024, 12:22
Rusiya Donetsk vilayətində irəliləyir -  Daha iki vacib məntəqə işğal edildi

Rusiya Donetsk vilayətinin işğalını davam etdirir. Son günlər rus ordusu iki əhəmiyyətli yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatı Rusiya qoşunlarının Donetskin Qornyak və Selidovo yaşayış məntəqələrini işğal etdiyini yazıb. 

Ukrayna Müdafiə Nazirliyinə yaxın “Deep State” saytının yazdığına görə, Pokrovsk şəhərinə gedən yolda ciddi əhəmiyyətə malik Selidovo şəhəri demək olar bütünlüklə rusların nəzarətinə keçib.

“DeepState” Boqoyavlenkanın (Uqledarın şimalında) da tutulduğunu təsdiqləyib. Kəndin kiçik bir hissəsi boz zonada yerləşir. Bundan əlavə, ruslar Donbassın cənub cəbhəsindəki Şaxterskoye və Novoukrainka bölgələrində irəliləyərək, öz cinahlarını birləşdiriblər.

Məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri üçün Selidovo Pokrovsk şəhərinin müdafiəsində dayaq nöqtəsi olub. İndi isə Selidovo rus qoşunları üçün 20 km məsafədə yerləşən Pokrovska hücumda platsdarm rolu oynayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol