Menu

Fransa Senatı Fələstini tanımağa çağırdı

11.12.2014, 15:44
Fransa Senatı Fələstini tanımağa çağırdı

Fransa parlamentinin yuxarı palatası – Senat dekabrın 11-də Fələstini dövlət kimi tanımağa çağıran qətnaməni qəbul edib. “Media forum” saytının məlumatına görə, sənədin lehinə 154, əleyhinə 146 senator səs verib.

Fələstini dövlət kimi tanımağa çağıran qətnamə Fransa parlamentinin aşağı palatası – Milli Assambleyadan dekabrın 2-də keçmişdi (lehinə 339, əleyhinə 151 səslə).

Fələstin 1988-ci il noyabrın 15-də müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 130-dan çox ölkə tanıyıb.

2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Şərqi Yerusəlimdən (Qüdsdən) və İordan çayının qərb sahilindən çıxmalıdır.

Oktyabrın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi tanımağa çağırış yer alan qətnamə qəbul edib.

Oktyabrın 30-da İsveç hökuməti Fələstini dövlət kimi tanıyıb.

İspaniya parlamentinin aşağı palatası – Deputatlar Konqresi noyabrın 18-də hökuməti Fələstin Dövlətini tanımağa çağıran sənəd qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol