Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibədəki itkilərini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, Hindistan mətbuatına müsahibə verən Zelenskinin dediyinə görə, Rusiyanın müharibədəki itkiləri ölü və yaralı olmaqla 650 min nəfərə çatıb:
“Rusiyanın özü çoxlu sayda rusları öldürdü, xeyli səfərbər olunan rus əsgərləri irəli getməkdən, hücum etməkdən, güllə altında ölməkdən və yaralanmaqdan qorxduqları üçün rus ordusunun özü tərəfindən öldürüldü. Onlar geri qaçdılar və orada öz ordusu tərəfindən öldürüldülər... Onlar itkiləri saymırlar. Bilirsinizmi ki, onların artıq 650 minə yaxın itkisi var. Öldürülənlər və yaralananlar”.
Zelenski deyib ki, Rusiya öldürülən əsgərlərini döyüş meydanından götürmür. Cəbhədəki vəziyyətdən danışan Zelenski deyib ki, Ukraynanın şərqində Rusiya öz əsgərlərini “ətçəkən maşından” keçirmək bahasına da olsa irəliləyir.
Bundan əlavə, prezident qeyd edib ki, Kursk əməliyyatından sonra Ukrayna qüvvələri Rusiya Federasiyasının hətta öz ərazisini də bombaladığının və öz mülki əhalisini öldürdüyünün şahidi olub.
“AzPolitika.info”


Şərhlər