Menu

“Bu, 600 mindən çox hərbçi itirmiş Putinin çarəsizliyinə dəlalət edir” – NATO-nun baş katibi

28.10.2024, 16:05
“Bu, 600 mindən çox hərbçi itirmiş Putinin çarəsizliyinə dəlalət edir” – NATO-nun baş katibi

NATO Şimali Koreya qoşunlarının Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk bölgəsinə yerləşdirdiyini təsdiqləyib.

“AzPolitika” xəbər verir ki, bu barədə hərbi alyansın baş katibi Mark Rutte bildirib.

Bu gün Brüsseldə çıxış edən Rutte, Moskvanın bu addımını “əhəmiyyətli eskalasiya” kimi qiymətləndirib.

O, vurğulayıb ki, Moskvanın belə bir addımı Ukraynaya qarşı müharibədə artıq 600 mindən çox əsgər itirmiş Rusiya Prezidenti Vladimir Putinin “çarəsizliyinə” dəlalət edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol