Menu

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

29.10.2024, 12:36
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyənin İstanbul şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 37 müxtəlif ünvanda eyni vaxtda keçirilən əməliyyat nəticəsində 33 şübhəli saxlanılıb.

Onların Suriyadakı PKK/YPG terror təşkilatına maliyyə dəstəyi göstərdiyi müəyyənləşib.

Qeyd olunub ki, daha iki şübhəlinin axtarışları davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol