Gürcüstanda keçirilən parlament seçkilərində “erməni karuseli”ndən istifadə edilib.
“AzPolitika” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib: “Biz buna “erməni karuseli” deyirik. Bilmirəm, bəlkə Ermənistanda buna “gürcü karuseli” deyirlər... Bu o deməkdir ki, seçkilərdən bir müddət əvvəl müxtəlif bəhanələrlə sosial cəhətdən həssas insanların şəxsiyyət vəsiqələri götürülüb və sonra səsvermə üçün istifadə edilib. Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlarla bu, hətta 17 dəfə mümkün olub. Onların ixtiyarında çoxlu sayda şəxsiyyəti təsdiq edən sənədlər və şəxsi nömrələr olub”.
“AzPolitika.info”


Şərhlər
Sağ ol ,Salomi xanım ,yaxşı ki , « Azərbaycan » karuseli demədiz ,yoxsa bizi Məzi dünyada biabır etməsi şükürlü sayılardı