Vitse-prezident və ABŞ prezidentliyinə namizəd Kamala Harris bir həftə sonra keçiriləcək seçkilər öncəsi Vaşinqtonda izdiham qarşısında son böyük çıxışını edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Harris onun prezidentliyinin Baydenin dönəmindən fərqlənəcəyini deyib: “Axşamınız xeyir, Amerika! Bir həftə ərzində öz həyatınıza, ailənizin həyatına və sevdiyimiz bu ölkənin gələcəyinə birbaşa təsir edəcək qərar qəbul etmək imkanınız olacaq. Co Baydenin vitse-prezidenti vəzifəsini yerinə yetirmək şərəf idi. Amma mən “oval ofisə” öz təcrübəmi və fikirlərimi gətirəcəyəm. Mənim prezidentliyim fərqli olacaq, çünki qarşılaşdığımız çətinliklər fərqlidir".
Dörd il əvvəl, o, hazırkı administrasiyanın əsas prioritetinin "pandemiyaya son qoymaq və iqtisadiyyatı xilas etmək" olduğunu söyləyib: "İndiki ən vacib vəzifəmiz pandemiyadan əvvəl də artan və hələ də çox yüksək olan xərcləri azaltmaqdır".
Harris seçiciləri Donald Trampın siyasi dövrü ilə vidalaşmağa çağırıb: “Amerika, biz Donald Trampın nə düşündüyünü bilirik. Daha çox xaos. Daha çox ayrıseçkilik”.
“AzPolitika.info”


Şərhlər