Ukrayna və Rusiya enerji infrastrukturuna qarşılıqlı hücumlara son qoymaq üçün ilkin danışıqlar aparır.
“AzPolitika” xəbər verir ki, “Financial Times” belə bir məlumat dərc edib.
Nəşrin məlumatına görə, daha əvvəl Qətərin vasitəçiliyi ilə başlayan, lakin Ukraynanın Kursk vilayətinə hücumundan sonra dayandırılan danışıqlar yenə Qətərin vasitəçiliyi ilə bərpa edilib.
Qəzet yazır ki, bu razılaşma davam edən hərbi münaqişənin deeskalasiyası istiqamətində mühüm addım olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl qeyd edib ki, belə bir razılaşma Rusiyanın daha geniş sülh danışıqlarına hazır olduğuna işarə ola bilər.
Ukraynanın yüksək rütbəli rəsmilərinin məlumatına görə, artıq hər iki tərəfin enerji infrastrukturuna hücumlarında azalma müşahidə olunur ki, bu da ölkələrin kəşfiyyat xidmətləri arasında ilkin razılaşmanın nəticəsidir. Gözlənilir ki, danışıqlar prosesinin gələcək inkişafı mövcud hərbi münaqişənin həlli imkanlarından və hər iki tərəfin qarşılıqlı şərtlərindən asılı olacaq.
“AzPolitika.info”


Şərhlər