“Tehran əlverişli anda İsrailin hücumuna cavab vermək hüququnu özündə saxlayır”.
“AzPolitika” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Tehranda səfirlər və xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdən sonra Araqçi deyib ki, regionda və dünyada gərginliyin azaldılması beynəlxalq ictimaiyyətin tələbidir. Nazir vurğulayıb ki, Tehranın reaksiyası müdafiə xarakterli addım olacaq, lakin bu müdafiənin necə həyata keçirilməsi İrandan asılıdır.
Bundan əvvəl İsrail ordusu bu ayın əvvəlində İranın hücumlarına cavab olaraq İrana qarşı “məqsədli və dəqiq” hücumu başa çatdırdığını açıqlamışdı. İsrailin təkrar hücumları fonunda Tehran İsrailin hərəkətlərini pisləmək üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib. Təhlükəsizlik Şurasının üzvləri İsrail və İranı təmkinli olmağa çağırıb.
“AzPolitika.info”


Şərhlər