İsrailin oktyabrın 26-da İrana hücumu zamanı SEPAH-ın gizli raket bazasını vurduğu məlum olub.
"AzPolitika" xəbər verir ki, bu barədə "Associated Press" nəşri yeni peyk görüntülərinə istinadla məlumat yayıb.
Məlumata görə, İsrailin İrana hücumu SEPAH-ın Şahruddakı bazasına ziyan vurub.
Bu obyekt ballistik raketlərin istehsalı və İranın kosmik proqramının həyata keçirilməsində mühüm mərkəz hesab olunur.
Hələlik İran rəsmilərindən mümkün zərərlə bağlı rəsmi açıqlama verilməyib.
"AzPolitika.info"




Şərhlər