Menu

“Bayden Putinə söz verib ki, Ukraynaya F-16-lar verilməyəcək...” – Roman Svitan

30.10.2024, 20:17
“Bayden Putinə söz verib ki, Ukraynaya F-16-lar verilməyəcək...” – Roman Svitan

ABŞ Prezidenti Co Bayden və Kreml rəhbəri Vladimir Putin arasında razılaşmaya görə Ukraynaya kifayət qədər sayda F-16 təyyarəsi verilməyib.

“AzPolitika” xəbər verir ki, bu iddia ilə Ukraynanın “Kanal 24” telekanalında hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan çıxış edib.

“Çox güman ki, Bayden Putinə seçkilər zamanı “yumşaq vəziyyət” yaratmağa söz vermişdi. Biz xatırlayırıq ki, 60 milyardı Ukrayna Rusiyadakı seçkilərədək ala bilməmişdi. İndi isə çox güman ki, Putin əgər F-16-lar verilməzsə, ABŞ-nin prestijini korlaya biləcək ciddi eskalasiyaya yol verməyəcəyinə söz verib. Bayden hətta Avropa ölkələrinin onları bizə verməməsi üçün hər şeyi etdi", Svitan deyib. Ekspert əlavə edib ki, buna görə Qərb tərəfdaşları hələ ki, Ukraynaya kifayət qədər miqdarda F-16 təyyarələri ötürməyib.

“Bizdə neçəsinin olduğu da məlum deyil - bir cüt göstərildi, biri qəzaya uğradı və biz onları daha görmürük. Deyə bilərik ki, Bayden Putinə verdiyi sözü tutdu və F-16-nı görməyəcəyik”.

Svitan iddia edib ki, Baydenin səlahiyyət müddəti bitənədək Ukraynaya F-16-lar verilməyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol