Menu

“Bank Avrasiya”nın səhmdarları dəyişib

31.10.2024, 10:50
“Bank Avrasiya”nın səhmdarları dəyişib

“Bank Avrasiya” ASC-nin səhmdarları dəyişib.

"APA-Economics" xəbər verir ki, bu barədə qərar səhmdarların ümumi yığıncağında verilib. Bank məlumatı təsdiq edib.

Qərara əsasən, bankın nizamnamə kapitalının 37,50 % hissəsinə malik olan “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə, digər səhmdar “PMD Group” MMC-nin 37.5 % payının 12.00 % hissəsi “Top Properties” MMC-yə, 24.50 % hissəsi Bankın digər səhmdarı “Azbizneskom” MMC-yə və 1.00 % hissəsinin fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna satılıb.

Nəticədə bankın səhmlərinin 49.50 faizi “Top Properties” MMC-yə, 49.50 faizi “Azbizneskom” MMC və 1%-lik faizlik hissəsinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahib olub.

Həmçinin, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Seyidzadə Rüfət Faxrəddin oğlu bankın Müşahidə Şurasının müstəqil üzvü təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol