Menu

HƏMAS İsrail hərbçilərini hədəf alıb - Ölən və yaralananlar var + VİDEO

31.10.2024, 12:15
HƏMAS İsrail hərbçilərini hədəf alıb - Ölən və yaralananlar var + VİDEO

HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Qəssam Briqadaları" Qəzza zolağının şimalında İsrail ordusuna aid 3 tankın məhv edildiyini açıqlayıb.

"Qəssam Briqadaları" tərəfindən verilən yazılı açıqlamada hədəf alınan tanklardan birinin Cibaliya şəhərində, ikisinin isə Mesru Beyt Lahiya bölgəsində olduğu bildirilib.

Açıqlamada "Merkava" tipli olduğu bildirilən tankların partlayıcı maddələr və "Yasin 105" raketləri ilə məhv edildiyi qeyd edilib. Tanklara texniki qulluq edən dəstənin əraziyə gələn kimi piyada əleyhinə sursatlarla hədəfə alındığı, ölən və yaralananların olduğu bildirilib.

Qeyd edilib ki, həmin bölgədə tank əleyhinə raketlər daşıyan “Hummer” tipli cip və buldozer də partlayıcılarla vurulub.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol