Menu

“Rusiya ilə Ermənistanı güclü əlaqələr biləşdirir” – Mirzoyandan “U” dönüşü

31.10.2024, 13:48
“Rusiya ilə Ermənistanı güclü əlaqələr biləşdirir” – Mirzoyandan “U” dönüşü

“İrəvan və Moskvanın bir sıra xarici siyasət məsələlərində fikir ayrılığı var, lakin ölkələri güclü iqtisadi əlaqələr birləşdirir və münasibətlər şəffafdır”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə büdcənin müzakirəsi zamanı deyib. “Biz həmişə bir-birimizin mövqeyini bölüşmürük”, - o əlavə edib.

Mirzoyan İrəvanın mövqeyini təkrarlayıb ki, KTMT Ermənistan ərazilərinə qarşı müdaxiləyə kifayət qədər cavab vermir. Onun sözlərinə görə, bununla belə, Avrasiya İqtisadi ittifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyət baxımından hər şey qaydasındadır.

Xatırladaq ki, son illərdə Ermənistanla Rusiya arasında münasibətlərdə gərginlik yaranıb, bu, xüsusilə İrəvanın Qərblə yaxınlaşması fonunda özünü büruzə verir.

Sentyabrda Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində çıxış edərək, ölkənin KTMT ilə münasibətlərdə “geri dönüş nöqtəsinə” yaxınlaşdığını bildirib və təşkilatı Ermənistanın suverenliyinə təhdidlər yaratmaqda ittiham edib. Kreml Paşinyanın bəyanatına reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş nazirinin qiymətləndirmələri ilə razılaşmadığını bildirib və vurğulayıb ki, KTMT-dən heç bir təhlükə yoxdur: əksinə, təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol