Menu

Şimali Koreya 3 generalını Rusiyaya göndərib - BMT-də adlar açıqlandı

31.10.2024, 14:35
Şimali Koreya 3 generalını Rusiyaya göndərib - BMT-də adlar açıqlandı

“Onlar Rusiya ordusu geyimində olacaqlar”

KXDR hakimiyyətinin göndərdiyi minlərlə hərbçi Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin beş poliqonunda təlim keçir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında deyib.

Kislitsa qeyd edib ki, Rusiyaya Ukrayna ilə savaşa göndərilən hərbçilər arasında üç koreyalı general da var: “Bunlar Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Şin Qem Çxol, Baş Qərargah rəisinin müavini, Kəşfiyyat Bürosunun rəisi Li Çanq Ho və Xüsusi Əməliyyatlar İdarəsi rəisinin müavini, general-polkovnik Kim Yonq Bokdur”.

Onun sözlərinə görə, Rusiya poliqonlarında Şimali Koreyadan olan 12 minə qədər hərbçi hazırlanır.

Diplomat əlavə edib ki, Rusiya daha sonra Şimali Koreya əsgərlərindən hər birinin sayı 2-3 min nəfər olan ən azı beş bölmə və ya birləşmə yaratmağı planlaşdırır.

"Şimali Koreya hərbçilərinin rus forması geyinəcəyi və onlara Rusiyaya məxsus şəxsiyyəti təsdiq edən sənədlərin veriləcəyi proqnozlaşdırılır" - deyə, o, bildirib

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol