Menu

Kəlbəcər girovları ilə görüş olub

11.12.2014, 16:45
Kəlbəcər girovları ilə görüş olub

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ermənilər tərəfindən Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər.

Bu barədə azvision.az-a D.Əgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib: “9 dekabr tarixində BQXK-nin nümayədələri girovlarla görüşüblər. Bu barədə bizə Komitənin nümayənləri məlumat veriblər. Bildiriblər ki, atamgil yaxşıdırlar, narahat olmayın”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol