Menu

Azərbaycanın bu il qızıl ixracından gəlirləri 13% artıb

31.10.2024, 18:32
Azərbaycanın bu il qızıl ixracından gəlirləri 13% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 115,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% çoxdur.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın aprel buraxılışına istinadən xəbər verir.

Məlumata görə, 2023-ci ilin çüvafiq dövründə qızıl ixracının ümumi dəyəri 101,8 mln. dollar təşkil edib.

Bildirilir ki, bu ilin sentyabrında Azərbaycandan 18,8 mln. dollarlıq qızıl ixrac olunub, bu da illik müqayisədə 26,8 azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol