Menu

Orban bəzi avropalı siyasətçiləri axmaq adlandırıb

31.10.2024, 23:30
Orban bəzi avropalı siyasətçiləri axmaq adlandırıb

Macarıstanın Baş naziri Viktor Orban avropalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməməsini barbarlıq hesab edir.

“Report” xəbər verir ki, bu barədə o, Vyanada “Weltwoche” nəşrinə bildirib.

“Bizə danışıqlar lazımdır. Çox nadir hallarda rabitəsiz müharibələr olur. Bu diplomatik baxımdan barbarlıqdır. Avropanın Rusiya ilə danışıqların olmaması ilə kifayətlənməsi barbarlıq və axmaqlıqdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna öz məqsədinə nail ola bilməyəcək və vəziyyət hər gün daha da pisləşir: “Ağıllı analitik deyəcək ki, Ukrayna qalib gələ bilməz. Düşüncəli adam deyəcək ki, dayanıb atəşkəsə nail olmaq lazımdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol