Menu

"Ölkədə həkim çatışmazlığı var" - Deputatlar spikerlə razılaşmadı

01.11.2024, 16:50
"Ölkədə həkim çatışmazlığı var" - Deputatlar spikerlə razılaşmadı

"Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?".

"AzPolitika" "Qafqazinfo"-ya istinadla xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

"Bu gün Xankəndidə işləmək üçün qırğın gedir. Niyə? Çünki evlə təmin olunurlar, yaxşı maaş verilir. Bu digər rayonlara da tətbiq edilsin. Tibb Universitetini bitirənlər təzədən DİM-də imtahan verməsinlər. Bu, universitetin diplomuna inanmamaqdan irəli gəlir. Tibb Universitetinin məzunlarına təyinat verilsin, lap məcburi qaydada rayonda işləsinlər",- A. Abbas bildirib.

Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib: "Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın".

Bundan əvvəl deputat Səyyad Salahlı Azərbaycanda həkim çatışmazlığı olduğunu, onların maaşa görə işləməyə xaricə üz tutduğunu bildirib.

Deputat Əhliman Əmiraslanov qeyd edib ki, həmkarlarının dediklərində həqiqət var: "Çünki kadr çatışmazlığı doğrudan da var. Bu, bizi narahat edən məsələdir. Bu məsələlər hamısı aktualdır. Lakin Azərbaycanda səhiyyənin tamamilə aşağı olması fikri ilə razılaşmıram. İcbari Tibbi Sığorta (İTS) işləyir, insanların İTS-dən məmnunluğu artır. Bunlar get-gedə artır. Lakin həmkarım Aqil Abbasın həkimlərin təyinatı ilə bağlı fikirlərinə aid deyə bilərəm ki, Azərbaycanda təyinat məsələsi var. Bu, rezidentura çərçivəsində olur".

"AzPolitika.info"

Şərhlər

Vətəndaş 2024-11-05 16:35:29

Məsələ düz qoyulub.Həqiqətən AZərbaycanda insanlara normal xidmət edəcək həkim çatışmır.Siyahi üzrə Azərbaycanda "həkimlərin" sayı hətta Amerikadakımdan çoxdur.Hətta yeni fırıldaq klinika açanda ona ad tapa bilmirlər.Çünki sayları şoxdir və hər adda var.Amma burada xidmət keyfiyyəti,xidmət qiymətləri Azərbaycan xalqını qane edirmi?Ölkənin heç bir qurumu bu məsələyə nəzarət etmir və özbaşınalıq,soyğunçuluq baş alıb gedir.
Əslində isə həkim adına layiq və lazımi bilik təcrübəsinə malik,hipokrat andına sadiq həkim tapmaq müşkülə çevrilib.Nəzarətsiz yerdə isə özbaşınalıq mütləqdir.

Düzgün 2024-11-01 19:50:48

Parlamentdə kimsə düz danışdısa o dəqiqə spiker başlayır elə danışmağa güya bu ölkədə heç problem yoxdur. Ölkəni bu hökümət nə günə qoyduğunu hamı bilir. Yaltaqlığa heç lüzüm yoxdur Sahibə xanım. Ağıllı savadlı adamlar bu ölkədən gedir, çünki burda gələcək inkişaflarını görmürlər. Bir ölkədə insan azadlığı, insana dəyər verilmirsə burda qalmaın nə mənası var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol