Menu

“Pul elədir ki, adamı dingildədir” - Sabiq nazir

01.11.2024, 20:47
“Pul elədir ki, adamı dingildədir” - Sabiq nazir

“Pul elədir ki, adamı dingildədir, oynadır. Varsa, özünü xaricdə də göstərəcək, burda da, toyda da, ad günündə də…”

“AzPolitika” xəbər verir ki, bunu keçmiş maliyyə naziri Əvəz Ələkbərov “Gününsəsi.info”-ya müsahibəsində bildirib.

“Nazir işlədiyim dövrdə var-dövlət yığmadım. Vicdanla deyirəm ki, işlədiyim, işdən çıxdığım dövrdə nə əmlakım olub, nə də başqa bir şey. Birincisi, xaricdə pul saxlamaq da asan deyil. İkincisi də, bu yolun yolçusu deyiləm. Üçüncüsü isə açığı, çox var-dövlətdən, puldan qorxuram. Atam deyərdi, çox pul arxasınca çox şey gətirir, bəladı. Amma indi bircə nəfər desin ki, mən kiməsə təmannalı iş görmüşəm. Onlarla adamı qovmuşam yanımdan - bu kimi şeylərə görə” – deyə, o billdirib.

Şərhlər

Cabir 2024-11-02 08:26:09

Əvəz müəllimin işlədiyi dövrdə bu nazirliyin sistemində işə qəbul olunmuşam. Puı para xırda şirinlik xaric verməmişəm. Amma insaf xatirinə deyim ki, bu kişi İşçisinin qədrini bilirdi.

dadaşyev 2024-11-01 22:09:55

Bəlkə də heç nə yığmamısan,amma qəribədir,ona-buna heç nə verməyə-verməyə necə işləmisən?Özü də pul nazirliyində?!Heç kim heç nə istəməyib yəni səndən o yeddi ildə?Onlar bəs onlardan istəyənlərə nə veriblər?Öz ciblərindən veriblər?Öz ciblərindən verəndə sənə deməyiblərmi nə vaxtacan sənin verməli olduğunu biz öz cibimizdən verməliyik?Yəni sən də maaşla dolanmısan o yeddi ildə,səndən istəyənlər də?Afşin Babəklə görüşmək istəyəndə Babək belə yerdə deyir dəə "Anlamadım".

Tahir 2024-11-01 21:43:19

Çox da özünü öymə. Səndə də az yox idi.

Tahir 2024-11-01 21:27:23

Çox da özünü öymə. Səndə də az yox idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol