Livan ərazisindən İsrailin şimalındakı Qaliley bölgəsinə raket hücumu olub.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb
Verilən açıqlamada, Livandan atıldığı düşünülən raketlərə görə Qaliley bölgəsində həyəcan təbili çaldığı bildirilib. Bölgəyə 30-a yaxın raket atıldığı və onların bir hissəsinin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi qeyd olunub.
Hücum nəticəsində biri ağır olmaqla 9 nəfərin yaralandığı bildirilib.
Xatırladaq ki, ötən gün İsrailin şimalına atılan raket hücumlarında 4-ü əcnəbi kənd təsərrüfatı işçisi olmaqla 7 nəfər ölüb.
“AzPolitika.info”


Şərhlər
Oğlumun qoz-fındığına ki.Mənə nə, yau kardeşim.