Menu

Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA

01.11.2024, 18:30
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA

Sosial şəbəkələrdə son günlər paytaxt ərazisində kəskin qoxunun olduğu ilə bağlı məlumatlar yayılıb. Bu qoxunun səbəbi kimi müxtəlif amillər ehtimal edilir.

Bəs görəsən, bu qoxunun səbəbi nədir?

Mövzu ilə bağlı BakuPlus.az Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov ilə əlaqə saxlayıb. O qeyd edib ki, qoxunun əsas səbəbi tullantılardır: "Bakıda minlərlə qeyri-qanuni zibilxanalar var. Onlar ləğv olunmalıdır. Son günlər yayılan kəskin qoxu da elə həmin yaranan zibilliklərlə əlaqəlidir. Zibili kanalizasiyalara da tullayırlar. Ümumi olaraq bu kimi tullantılar çürüyür və metan qazı yaradır. Hər yer də çirklənir.

İnsanlar zibilləri hara gəldi atırlar. Sonra da şikayət edirlər. Yaranan qoxunun əsas səbəbi qalıqların çürüməsidir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlamışıq.

Şərhlər

Qaraqabaq 2024-11-01 23:34:45

Heç özün öz dediyinə inanırsan?

dadaşyev 2024-11-01 22:19:31

Camaat ora-buranı zibilləyəndə o saat ştraf edirlər,amma zibilləri daşımayan bələdiyyə sədrləri ştraf olunmur.Onları da ştraf edin görün şəhərdə qoxu olacaq ya yox.Sanki bələdiyyələr yalnız kresloda yatıb maaş almaq və torpaq satmaq üçün mövcud olan müftəxorlardı.A balam,gedin zibilləri daşıyın daa.Heç olmasa xalqın bu işinə yarayın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol