Menu

"Təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək” - Xameneinin müşavirindən xəbərdarlıq

02.11.2024, 11:57
"Təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək” - Xameneinin müşavirindən xəbərdarlıq

“Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək” 

"AzPolitika" xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xameninin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi “Əl-Məyadin” telekanalına müsahibəsində deyib.

O, qeyd edib ki, İsrailin hücumlarına cavab Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək. 

“İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır”, - deyə, Xərrazi vurğulayıb. 

O, İranın raket siyasətində dəyişikliklərə də toxunub. Xameneinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirməyi hədəfləyirlər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol