Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
"Report"un məlumatına görə, təqdimat Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Şərhlər
Südəmər körpələrin hər dövlətdə danılmaz haqqı olan uşaq pulunu doğmaca xalqının övladlarına qıymayan,ağbirçək və ağsaqqalların pensiya yaşı həddinin 60-a endirilməsinə inadkar öküz kimi buynuz tutan,işsiz və imkansızlara sosial yardımı verməyib milyardlarla manatı hər ilin sonunda guya qəhrəmanlıq edib əjdahanın əlindən qurtarıbmış kimi özündən razı halda dövlətə irişə-irişə qaytaran bir nazirliyin işçisi camaatı idarəetmək işində görəsən nəyi ilə seçilə biləcək?Çox maraqlıdır.Amma Ağdaş sakinləri yaman sərtdirlər haa.Sonra demə ki demədi yoldaş dadaşyev.
ay Ağaşlılar diqqətli olun.... Ağdaşa yeni ... gətirib.