Menu

"Azərbaycan regionda liderliyini göstərir" - Podolyak

02.11.2024, 12:14
"Azərbaycan regionda liderliyini göstərir" - Podolyak

Azərbaycan regionda lider olmağa hazır olduğunu göstərir. Azərbaycanın, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi dünyanın indiki durumunda çox yaxşı təşəbbüsdür.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qlobal rol oynamaq imkanı var:

"Mən həmişə öz regional liderliyini göstərən təşəbbüskar ölkələri bəyənirəm. Azərbaycan regionda lider olmağa hazır olduğunu göstərir. Bu tamamilə təsirli, real görünür. Necə ki, Türkiyə Qara dənizdə regional lider olmağa hazır olduğunu tez-tez göstərir. Azərbaycan da bunu edir".

Podolyak bunun çox yaxşı perspektivinin olduğunu hesab edir:

"Xüsusilə də mənim fikrimcə, Azərbaycanın enerji trafiki, enerji tranziti ilə bağlı çox mühüm rollar tutmaq və buna uyğun olaraq bu gün daha qlobal rol oynamaq imkanı var. Əlbəttə ki, bunu alqışlamaq lazımdır".

Ukrayna Prezident Ofisinin müşaviri həmçinin iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı əminliyini vurğulayıb:

"Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin, eləcə də Ukrayna ilə Türkiyə arasında ikitərəfli münasibətlərin son dərəcə müsbət istiqamətdə inkişaf edəcəyinə zərrə qədər şübhəm yoxdur. Niyə bu faydalıdır? Bu, Ukraynanın regionla enerji baxımından, regionda təsir baxımından və s. münasibətlərini maksimum dəqiq qura bilər. Ona görə də Azərbaycanın, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi dünyanın indiki durumunda çox yaxşı təşəbbüsdür. Düşünürəm ki, Ukraynanın təmsilçiliyi maksimum yüksək səviyyədə olacaq. Çünki belə layihələrdə iştirak etmək bizim üçün son dərəcə vacibdir”, - deyə, o, əlavə edib.

Şərhlər

Vətənaş 2024-11-02 12:44:33

Azərbaycanın regionda "liderliyi" əhalinin yaşam,qidalanma,xəstəlik və ölüm hallarının vəziyyəti ilə müqayisə edilməlidir! Mənfi göstəricilərlə liderlik ayıb sayılmalıdır.Lovğalanmaq əbəs deyilmi?Lier olub nə etmişik?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol