Menu

GENERAL XƏLİLOV MÜDAFİƏ NAZİRLİYİNDƏKİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yerinə təyinat oldu + FOTO

04.11.2024, 20:22
GENERAL XƏLİLOV MÜDAFİƏ NAZİRLİYİNDƏKİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ  - Yerinə təyinat oldu + FOTO

Müdafiə Nazirliyində daha bir yüksəkrütbəli general işdən azad olunub.

“AzPolitika” “Unikal”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.

Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.

Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidmət rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.

Fotoda: Azər Heybətli

Şərhlər

Mahir 2024-11-04 10:17:51

Qadın böyük qüvvədir qardaş.... İstəsə Vəziri rəzil eylər, istəsə adamı general eylər. Özüdə ikisini birdən...

Polkovnik 2024-11-04 10:16:33

MN-də nazirdən başlamaq lazımdır/Məsələnin kökü ordadır.Qalanları icraçılardır.

Rauf 2024-11-04 10:14:21

Əcəba, sən demə Azərbaycanda 5-6 ana varmış, toyuq qızıl yumurta yumurtladığ kimi onlar da ancaq GENERAL doğurlarmış. Bu ancaq bizdə belədir. Başqa millətlərdə ola bilər ki, o da çox yox ha. Olsa olsa 100 ildə bir dənə....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol