Menu

"NATO-ya üzvlüyümüzlə bağlı ABŞ və Almaniyada şübhələr var" - Zelenskinin Ofisinin müşaviri

04.11.2024, 14:05
"NATO-ya üzvlüyümüzlə bağlı ABŞ və Almaniyada şübhələr var" - Zelenskinin Ofisinin müşaviri

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı ABŞ və Almaniyada şübhələr var.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

O qeyd edib ki, bu ölkələrlə işləmək lazımdır:

“Düşünürəm ki, Birləşmiş Ştatların mövqeyi artıq başqa cür görünür. Təzyiqi davam etdirmək lazımdır. Almaniyanın mövqeyi ABŞ-dən asılıdır. Prinsip etibarilə bu, vacib müzakirədir”.

M.Podolyak Prezident Volodimir Zelenskiyə istinadən bəyan edib ki, Ukraynanı NATO-ya dəvət etmək “qələbə planı”nın ilk bəndidir.

“Müharibədən sonrakı quruluş NATO daxilində kontingent yaratmaqla həyata keçirilə bilər”, - o deyib.

Prezident Ofisinin rəhbərinin müşaviri bəyan edib ki, Avropada istənilən ölkənin hər hansı bir alyansa üzv olması ilə bağlı suveren qərar vermək hüququ var:

“Üçüncü bir ölkə Ukraynaya “edin” və ya “etməyin” deyə bilməz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol