“Rusiya iki aydır ki, raket ehtiyatı toplamaqla məşğuldur. Ehtimal olunur ki, Kreml bu raketlərlə Ukraynaya qarşı böyük bir hücum təşkil etməyə hazırlaşır".
“AzPolitika” xəbər verir ki, bu barədə ukraynalı hərbi və siyasi şərhçi Aleksandr Kovalenko öz təhlilində bildirir.
O, Rusiyanın sentyabr və oktyabr aylarında Ukraynaya böyük raket hücumu etmədiyi, əksinə, fərdi hücumlar və pilotsuz təyyarələrlə basqınlar həyata keçirdiyini bildirilib.
O təhlinlində bunları yazıb: “Maraqlı məqam. Düşmən mütəmadi olaraq “İskəndər”dən istifadə etdiyi halda, oktyabr ayı ərzində bir dəfə də olsun bu raketdən istifadə etdmiyib. Eyni zamanda, sentyabr ayı ilə müqayisədə bu ballistik raketlərin buraxılışında kəmiyyətcə azalma müşahidə olunub. Havadan və dənizdən buraxılan “Kalibr” qanadlı raketləri ilə bağlı da vəziyyət oxşardır. Lakin bu, Rusiyanın işğalçı qüvvələrinin tükəndiyi anlamına gəlmir, əksinə, ehtiyat toplamağa çalışdığını göstərir”.
Kovalenko rus ordusunun hücumlarda ucuz “Şahed” dronlarından istfadə edərək diqqət yayındırmağa çalışdığını qeyd edib.
“AzPolitika.info”


Şərhlər