Menu

Ermənistanda 20 gündə ərzaq 13 faiz bahalaşıb

11.12.2014, 19:09
Ermənistanda 20 gündə ərzaq 13 faiz bahalaşıb

Qonşu Ermənistanda milli pul vahidi dram dəyərdən düşməkdə davam edir. Düşdükcə ölkəyə idxal edilən zəruri, sosial əhəmiyyətli ərzaq məhsullarının qiyməti də qalxır. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, qiymət artımı xüsusilə də noyabrın 29-dan özünü göstərməyə başlayıb.

Bu barədə dekabrın 11-də hökumətin iclasında İqtisadi rəqabətin qoruması üzrə dövlət komissiyasının sədri Artak Şaboyan açıqlama verib. O, 16-17 adda məhsullar üzərində aparılan monitorinqlərin nəticəsini bəyan edib. Qiyməti qalxan məhsullar arasında şəkər tozu, kərə yağı, toyuq əti, yumurta, kofe, un da var.

Son 20 gün ərzində bu qəbildən məhsullar dramın dəyərdən düşməsinə ekvivalent olaraq 13 faiz bahalaşıb. Lakin iqtisadçı ekspertlərə görə, bu, hələ son deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol