Menu

Hizbullahın atdığı raketlərdən biri Ben-Qurion aeroportuna düşüb - Uçuşlar dayandırılıb

06.11.2024, 14:38
Hizbullahın atdığı raketlərdən biri Ben-Qurion aeroportuna düşüb - Uçuşlar dayandırılıb

Hizbullahın İsrailə atdığı 10 raketdən biri Tel-Əvivdə Ben-Qurion adına Beynəlxalq Hava Limanının ərazisinə düşüb.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, raket aeroportun ərazisinə düşüb və xəsarət alan olmayıb.

Raket zərbəsindən sonra uçuşlar dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol