Menu

Məhkəmə hakimləri test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcək

07.11.2024, 13:37
Məhkəmə hakimləri test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcək

Məhkəmə hakimlərinin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Hazırda qüvvədə olan qanuna əsasən, hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol